Almaniyanın “Bavariya” klubu koronavirus pandemiyasının yaratdığı maliyyə itkilərinə baxmayaraq, ötən mövsümü mənfəətlə başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idarə heyətinin sədri Karl-Haynts Rummenigge klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, “Bavariya”nın 2019/20 mövsümünü 9,8 milyon avro mənfəətlə başa vurduğunu bildirib.

“Bavariya” ötən mövsüm Bundesliqanın, Almaniya kubokunun və Çempionlar Liqasının qalibi olub.