"Bavariya" PSJ-nin futbolusunu qaralayıb
- 06 Avq 2021 16:00
- 520
"Bavariya" heyətinə daha 1 futbolçunu qatmaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Klub PSJ-nin oyunçusu Tilo Kereri almaq niyyətindədir. Münhen təmsilçisi yay transfer pəncərəsi bitməmiş 24 yaşlı müdafiəçini sıralarına cəlb etməyi planlaşdırır. "Bavariya" almaniyalı oyunçunu komandadan ayrılmaq istəyən Niklas Sülenin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Kererin Paris klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 25 milyon avrodur. Kerer geridə qalan mövsüm 33 matç keçirib.