"Bavariya" qış transfer pəncərəsində yeni hücumçu almaq fikrində deyil.

Rekord.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Münhen klubu qış transfer pəncərəsində yeni hücumçu almayacaq. "Bavariya" nın baş məşqçisi Yulian Naqelsmann komandanın hazırkı oyunçuları ilə işləməli olacaq.

Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqa cədvəlində 12 xalla 5-ci yerdədir. Komandanın turnirdəki bombardiri 4 qol vuran 19 yaşlı yarımmüdafiəçi Camal Musialadır.