“Bavariya” yeni transferini rəsmən açıqladı
- 14 Fev 2021 17:21
- 676
Almaniyanın “Bavariya” klubu “Leypsiq”in müdafiəçisi Dayot Upamekanonu heyətinə qatdığını rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Almaniya çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Upamekano komandaya bu il iyulun 1-dən qoşulacaq.
Yerli mətbuatın yazdığına görə, “Bavariya” Fransa millisinin üzvü üçün “Leypsiq”ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.
Upamekano 2017-ci ildən “Leypsiq”in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da oynayıb.