"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Yuventus"un oyunçusu Danilonu sıralarına qatmaq istəyir.

Klub artıq 30 yaşlı müdafiəçi üçün Turin təmsilçisinə təklif də göndərib. Lakin A seriyası klubu bütün təklifləri rədd edib. Bildirilir ki, "Bavariya" futbolçunu almaqda israrlıdır və qarşı tərəfə yenidən təklif göndərəcək.

Qeyd edək ki, Danilo 2019-cu ildən "Yuventus"da oynayır.