Almaniya çempionu “Bavariya” son mövsümü icarə əsasında bu komandada keçirən İvan Perişiçlə bağlı qərarını verib.

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “İnter”ə qayıdacaq.

Münhen klubu onunla yeni müqavilə imzalamamaq qərarına gəlib. Bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik də açıqlama verib. O, Perişiçdən başqa, “Real”dan icarəyə götürülən Alvaro Odriosola ilə də yolların ayrıldığını bildirib.

“Bavariya”nın David Alaba ilə də yolları ayırması gündəmdədir. Məsələ burasındadır ki, avstriyalı futbolçu klubla daha bir il müqaviləsinin olmasına baxmayaraq, elə bu yay Münhen təmsilçisindən ayrılmağı düşünür.