“Bavariya”da 40 illik dönəmin sonu
- 13 İyn 2020 11:20
- 620
Almaniyanın “Bavariya” klubunun əsas komandasının həkimi Müller Vohlfart Münhen təmsilçisindəki 40 illik karyerasını başa vurmağa qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə 77 yaşlı tibb işçisi özü məlumat verib.
Təcrübəli həkimin “Bavariya”dan ayrılmasının səbəbi bundan sonra bütün diqqətini yalnız öz klinikasındakı işinə yönəltmək istəməsidi.
Qeyd edək ki, Müller Vohlfart “Bavariya”da 1977-ci ilin 1 aprelindən işləyir. O, 2015-ci ildə Münhen təmsilçisində baş məşqçi olan Xosep Qvardiola ilə mübahisəyə görə istefa versə də, 2017-ci ildə yenidən bu komandaya qayıdıb. Müller 1996-2018-ci illər aralığında Almaniya yığmasında da çalışıb. İyunun 30-da isə o, klubla müqaviləsinin müddəti bitəndən sonra “Bavariya”dan birdəfəlik ayrılacaq.
“Bavariya” da bu məlumatı təsdiqləyib. Münhen klubu təcrübəli həkimə bu illər ərzində göstərdiyi bütün xidmətlərə görə təşəkkürünü bildirib.