Almaniyanın “Bavariya” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçi Duqlas Kosta zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu Bundesliqanın 21-ci turunun “Arminiya” ilə matçından əvvəl keçirilən məşqdə zədələnib.

30 yaşlı futbolçunun sağalma müddəti hələ açıqlanmayıb.

Qeyd edək ki, “Bavariya” – “Arminiya” matçında qalib müəyyənləşməyib - 3:3.