“Bavariya”da ciddi itki
- 12 Avq 2021 12:42
- 577
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı fransız futbolçu komandanın məşqi zamanı zədələnib.
Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb. Pavarın təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. Bu isə onun Almaniya çempionatının startını buraxacağı anlamına gəlir.
Qeyd edək ki, Bundesliqada yeni mövsümə avqustun 13-də start veriləcək. Mövsümün açılış matçında “Bavariya” səfərdə Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək.