"Bavariya"nın müdafiəçisi Benjamin Pavar yeni  mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ayaq biləyindən zədə alıb. Onun sağalması üçün təxminən 3-4 həftə lazım olacaq.

Qeyd  edək ki, Pavar ötən mövsüm 36 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.