“Bavariya”da ciddi itkilər
- 18 Dek 2019 11:41
- 949
“Bavariya” Almaniya Bundesliqasının 16-cı turu çərçivəsində qarşılaşacağı “Frayburq”la oyuna ciddi itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, baş məşqçi səlahiyyətlərini yerinə yetirən Hans Flikin bu oyunda Niklas Süle, Lukas Ernandes, Mikael Kyuizans, Kinqsli Koman və Gyete Arpın xidmətindən istifadə edə bilməyəcəyi dəqiq idi.
Son məlumata görə, Leon Qoretska da onların sırasına qoşulub. Korenten Tolissonun bu oyunda iştirakı isə sual altındadı.
Əvəzində cəzasını başa vuran Xavi Martines sıraya dönüb.
Bu gün keçiriləcək “Bavariya” - “Frayburq” oyununa saat 23:30-da start veriləcək.