“Bavariya”da yeni “7” nömrə
- 01 Sen 2020 15:23
- 758
"Bavariya”nın futbolçusu Serj Qnabri yeni mövsüm öncəsi Münhen klubundakı forma nömrəsini dəyişdirməyə qərar verib.
Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni mövsümdən “7” nömrəli forma ilə oynayacaq.
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qnabri bu vaxta qədər “22” nömrəli formanı geyinirdi. “7” nömrə altında isə daha əvvəl klubun sabiq oyunçusu, hazırda "Fiorentina"nın uğurları üçün çalışan Frank Riberi çıxış edirdi.
Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir. O, “Arsenal”, “Vest Bromviç”, “Verder” və “Hoffenhaym”da da oynayıb.