Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi “Hoffenhaym”dan Armindo Zibi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı hücumçuyla 3 illik müqavilə imzalanıb.

Zib, iyulda “Bavariya”ya qoşulacaq.

Futbolçu 17 yaşlılardan ibarət Almaniya milli komandasının da üzvüdü.