Almaniyanın “Bavariya" klubu qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb. 

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub. 

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur. Almaniyalı qapıçı cari mövsüm 38 oyun keçirib və eyni sayda qol buraxıb.