“Bavariya”da yeni müqavilə
- 28 Dek 2019 12:22
- 894
Almaniya çempionu “Bavariya” daha bir futbolçusu ilə müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi bu dəfə 20 yaşlı yarımmüdafiəçisi Adrian Fayn ilə yeni anlaşma əldə edib.
Tərəflər 2023-cü ilin yayına qədər davam edəcək müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
Almaniyanın U-21 yığmasının üzvü olan Fayn ötən mövsüm “Yan Regensburq”da icarədə olub. Bu mövsüm isə o, ikinci Bundesliqada mübarizə aparan “Hamburq”da icarədə əsasında çıxış edir.