“Bavariya”da yeni müqavilə
- 21 Okt 2019 19:20
- 998
Almaniya çempionu “Bavariya” gənc futbolçusu Lars Lukas May ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu ilə 2022-ci ilin 30 iyununa qədər uzadılıb. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
May 2014-cü ildə Drezden “Dinamo”sundan “Bavariya”ya gəlib. Əvvəlcə kubun U-16 komandasında çıxış edən Lukas hazırda Münhen klubunun əvəzedicilərinin şərəfini qoruyur. Son mövsümlərdə isə o, arabir əsas komanda ilə də oyunlara çıxıb.