Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi 1/8 finalda İtaliyanın “Latsio” klubunu mübarizədən kənarlaşdırmaqla (4:1, 2:1) tarixində 19-cu dəfə ÇL-in 1/4 finalına yüksəlib.

Almaniya nəhəngi bununla qitənin ən nüfuzlu klub turnirində mütləq rekordçuya çevrilib. Əvvəlki rekord İspaniyanın “Barselona” klubuna məxsus idi. 1/8 finalda Fransa çempionu PSJ-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (1:4, 1:1) Kataloniya təmsilçisi ÇL-də 18 dəfə 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 19-da atılacaq.