Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, hər iki oyuna eyni saatda start verilib.

İspaniyanın “Atletiko” klubu İngiltərə nəhənglərindən “Çelsi”ni qəbul edib. Matç koronavirus pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Günün digər matçında turnirin son qalibi “Bavariya” İtaliyada “Latsio”nun qonağı olub. Münhen təmsilçisi bu oyunda darmadağına sevinib.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

23 fevral

Atletiko – Çelsi 0:1
Qol: Jiru, 68.
Baş hakim: Feliks Brix (Almaniya)
Rumıniya, “Nasional” stadionu.

Latsio – Bavariya 1:4
Qol: Korrea, 49 – Levandovski, 9. Musiala, 24. Sane, 42. Açerbi, 47-öz qapısına.
Baş hakim: Orel Qrinfeld (İsrail)
İtaliya, “Olimpiko” stadionu.