“Bavariya”nın 2 futbolçusu sıradan çıxdı
- 08 Apr 2021 18:20
- 546
Almaniyanın “Bavariya” klubu iki ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları – Leon Qoretska və Niklas Süle sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə matçında zədələnib. Qoretska və Sülenin son durumu tibbi müayinədən sonra bilinəcək.
“Bavariya” – PSJ matçı qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.