“Bavariya”nın futbolçularına koronavirus qadağası
- 29 Fev 2020 19:40
- 742
“Bavariya” klubu son günlərdə sürətlə yayılan koronavirus epidemiyasına qarşı müəyyən tədbirlər görməyə başlayıb.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi futbolçularla azarkeşlərin münasibətinə məhdudiyyətlər qoyub.
Belə ki, “Bavariya”nın futbolçularına azarkeşlərə avtoqraf vermək, onlarla şəkil çəkdirmək qadağan olunub. Oyunlara və məşqlərə gələn azarkeşlərdən də bu məsələ ilə bağlı anlayışlı olmaları istənilib.
Daha öncə İngiltərənin “Nyukasl” klubu da futbolçuların və texniki heyətin bir-biri ilə əllə görüşməsini qadağan etmişdi.