Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Benjamen Pavar koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Fransız futbolçu koronavirusa qalib gəlib və artıq komanda ilə birgə məşqlərdə iştirak edir. Onun növbəti oyunlarda meydana çıxması gözlənilir.

Xatırladaq ki, Pavarda fevralın 18-də koronavirus aşkarlanmışdı. Bu üzdən də o, karantinə alınmışdı.