Müqavilə ilə "Yuventus"a məxsus olan, hazırda icarə əsasında "Bavariya"da oynayan Duqlas Kosta hücumçular Kriştiano Ronaldo və Robert Levandovskini müqayisə edib.

Rekord.az "Bild"ə istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun daha yaxşı olduğunu deyib:
 
"Böyük çempionlarla oynamaq imkanım oldu. Braziliya millisində Neymar, "Yuventus"da Ronaldo. İndi də "Bavariya"da Robertlə oynayıram. O, Avropanın ən yaxşısıdır. Lakin, rəqəmlərə baxsanız, Kriştianonun daha yüksək səviyyədə olduğunu görərsiniz".