“Bavariya”nın futbolçusu sıraya döndü
- 14 Avq 2020 20:20
- 737
“Bavariya”nın zədəli futbolçusu Benjamin Pavar zədəsini sağaldıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəsini sağaldan müdafiəçi, kollektiv məşqlərə başlayıb.
Lakin komandanın baş məşqçisi Hans-Diter Flik onun bu gün keçiriləcək “Barselona” ilə oyun üçün hazır olmadığını deyib. Testlərdən yaxşı keçən Pavarın vəziyyətinin oyundan sonra təkrar dəyərləndiriləcəyi bildirilib.
Bu gün keçiriləcək “Barselona” – “Bavariya” oyununa saat 23:00-da start veriləcək.