Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Bavariya” klubundan Flavius Danilyuku transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Danilyuk “Bavariya”dan öncə bir neçə il Madrid “Real”ının futbol akademiyasında da olub. Rumıniya əsilli futbolçu Avstriyada anadan olduğuna görə, bu ölkənin aşağı yaş qrupu üzrə yığmalarında oynayıb. O, “Bavariya”nın gənclərdən ibarət komandasının kapitanı idi.