“Bavariya”nın kubok oyunu koronavirusa görə ləğv olundu
- 04 Avq 2021 12:40
- 681
Futbol üzrə Almaniya kuboku çərçivəsində keçirilməli olan “Bremer” – “Bavariya” oyunu ləğv olunub.
Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının qeydə alınması səbəb göstərilib.
Qeyd edək ki, qarşılaşmanın avqustun 6-da keçirilməsi nəzərdə tutulmuşdu.