"River Pleyt" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Argentina klubunu "Bavariya"nın B komandasının məşqçisi Martin Demişelis çalışdıracaq.

Münhen klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, Demişelis artıq Almaniyadan ayrılıb.

Argentina millisinin veteran müdafiəçisi yeni ildən "River Pleyt"də işə başlayacaq.

Komandanın hazırkı baş məşqçisi Marselo Qalyardo dekabrda vəzifəsindən ayrılacaq.