“Bavariya”nın yeni transferi sıradan çıxdı
- 09 Sen 2020 17:45
- 607
Almaniya çempionu “Bavariya”nın bu yay transfer etdiyi Tanqi Kuassi sıradan çıxıb.
Rekord.az xəbər verir ki, Münhen klubunun 18 yaşlı müdafiəçisi Fransanın U-20 yığmasının düşərgəsində zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun qeyri-müəyyən müddətə sıradan çıxdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, “Bavariya” Kuassini bu yay Fransa çempionu PSJ-dən transfer edib.