"Bavariya"ya "yox" dedi
- 05 Noy 2019 14:21
- 947
Niko Kovaçla yollarını ayıran "Bavariya" baş məşqçi axtarışlarını davam etdirir.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin əli bir namizəddən üzülüb.
Belə ki, almanlar ilk olaraq "Ayaks"ın çalışdırıcısı Erik Ten Haqa "elçi düşüb". Lakin 49 yaşlı mütəxəssisin cavabı "yox" olub. Ten Haq ən azı mövsümün sonuna qədər Amsterdam təmsilçisini tərk etməyəcəyini bildirib.
Erik Ten Haq 2013-2015-ci illərdə "Bavariya"nın əvəzedici komandasında çalı