“Bayer” - “Qarabağ” matçını stadiondan izləmək istəyən azarkeşlərin diqqətinə
- 23 Okt 2023 10:30
- 343
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında Azərbaycan komandasını dəstəkləmək istəyən azarkeşlər üçün 1200 bilet ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Həmin biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan etibarən “BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. Biletin qiyməti 15 avrodur.
Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.