PSJ Lion “Olimpik"ini məğlub edərək Fransa kubokunu qazanıb.

Rekord.az xəbər verir ki, həlledici görüş Luis Enrikenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paris klubunun heyətində Usman Dembele (22-ci dəqiqə) və Fabian Ruis (34) fərqləniblər. Lion klubunda isə Ceyk O Brayen fərqlənib (55).

Bu gün həm də “Bayer” finalda “Kayzerslautern”i məğlub edərək Almaniya kubokunun qalibi olub. 16-cı dəqiqədə Qranit Caka dəqiq zərbə ilə qələbə qoluna imza atıb.

Bununla da “Bayer”lə PSJ cari mövsümü “qızıl dubl”la başa vurublar. Hər iki komanda cari mövsümdə ölkə çempionatının da qalibi olmuşdu.