“Zenit”in hücumçusu Sərdar Azmun karyerasını Bundesliqada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, “Bayer” onu transfer etmək istəyir.

Klub iranlı futbolçuya uzunmüddətli – 5 illik müqavilə təklif edib. Onun illik məvacibi 2,8 milyon avro olacaq. “Bayer” onu transfer etmək üçün “Zenit”ə 18 milyon avro ödəməyə hazırdır.

Amma Sankt-Peterburq klubunun 20 milyon avro istədiyi bildirilir. Transferin yaxın vaxtlarda gerçəkləşəcəyi deyilir.

Sərdar “hə” cavabı verib. “Zenit” satışdan əldə olunacaq gəlirin 20 faizini “Rubin”ə ödəyəcək.