“Bayer”də fransız hücumçu
- 19 İyl 2024 16:20
- 164
“Bayer” heyətini yeni hücumçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Renn”in hücumçusu Marten Teryeni heyətinə qatıb.
Fransız futbolçu ilə 5 illik müqavilə imzalanıb. Terye yeni klubunda 11 nömrəli formanı geyəcək.
27 yaşlı forvard karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. Buna qədər o, vətənində “Lill”, “Strasburq”, “Lion” və “Renn”də forma geyib. Terye son mövsüm Fransa çempionatında 24 matçda 7 qol vurub, 3 dəfə məhsuldar ötürmə müəllifi olub.