“Bayer”dən yeni rekord
- 21 Dek 2023 14:00
- 229
“Bayer” Almaniya futbolu tarixində yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda uduzmamaqla buna nail olub.
Son olaraq Bundesliqanın 16-cı turunda “Boxum” üzərində 4:0 hesablı qələbə qazanan Xabi Alonsonun kollektivi mövsümün ilk 25 görüşündə məğlub olmayan ilk Almaniya komandasıdır. “Qara qırmızılılar” bu matçların 22-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
“Bayer” Almaniya Bundesliqasında 16 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir. Almaniya Kubokunda üç mərhələ keçərək 1/4 finala adlayan Leverkuzen təmsilçisi Avropa Liqasının qrup mərhələsindəki 6 matçın hamısında qələbə qazanıb.