"Bayer"in yarımmüdafiəçisi Florian Virtz Bundesliqada fevral ayının ən yaxşı oyunçusu seçilib.

Sports.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ölkə çempionatında ötən ay meydana çıxdığı 4 matçda 3 qol ötürməsi edib. Virtz bu mövsüm 3-cü dəfədir ki, ən yaxşı adına layiq görülür.