Leverkuzen “Bayer”i 20 yaşlı yarımmüdafiəçisi Noa Mbambanın Belçikanın “Dender” klubu ilə icarə müddətini uzatdığını açıqlayıb.


Rekord.az xəbər verir ki, belçikalı futbolçunun yeni anlaşmasının müddəti gələn ilin ortalarına qədər nəzərdə tutulub.


“Əczaçılar” Mbambeni əvvəlcə 2025-ci ilin sonuna kimi icarəyə göndərmişdilər. O, Belçika çempionatının cari mövsümündə səkkiz oyun keçirib və qol vurmayıb.


“Bayer” hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 62 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası lider “Bayern”dən 6 xal geri qalır.