“Bayern” yeni baş məşqçisini açıqladı
- 29 May 2024 20:30
- 188
Belçika millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Vinsent Kompani "Bayern” komandasının baş məşqçisi təyin olunub.
Rekord.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 2027-ci ilə qədər münhenlilərə rəhbərlik edəcək.
O, 2022-ci ildən İngiltərənin “Börnli” komandasına rəhbərlik edirdi.
Kompani futbolçu kimi "Mançester Siti"dən başqa, Almaniyanın "Hamburq" və ölkəsinin "Anderlext" klublarında çıxış edib.