Almaniyanın “Bayern” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, münhenlilər Yaponiya millisinin müdafiəçisi Hiroki İto ilə anlaşıblar.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.
İtonun sonuncu klubu Almaniyanın “Ştutqart" kollektivi olub.