"Bayern"in futbolçuları Alfonso Deyvis və Dayot Uamekano uzun müddətə sıradan çıxıblar.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Kanada millisinin üzvü olan A.Deyvisin çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirilib. Bu səbəbdən 24 yaşlı yarımmüdafiəçi cari mövsümün qalan hissəsində meydana çıxmayacaq.


Upamekanonun isə sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.


Deyvis Kanadanın ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. Upamekano isə Fransa millisinin heyətində olarkən sıradan çıxıb.