“Bayern”də Upamekano şoku
- 11 Okt 2023 23:44
- 386
“Bayern”in müdafiəçisi Dayo Upamekano zədələnib.
Rekord.az xəbər verir ki, fransalı futbolçu sol budundan zədə alıb.
O, bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. 24 yaşlı futbolçu bu səbəbdən Fransa yığmasından da kənarlaşdırılıb. Onun əvəzində milliyə “Çelsi”nin müdafiəçisi Aksel Disasi dəvət olunub.
Upamekano bu mövsüm Münhen klubunun heyətində 10 matçda meydana çıxıb.