“Bayern”də yeni idman direktoru
- 27 Fev 2024 11:30
- 235
50 yaşlı futbol funksioneri Maks Eberl "Bayern"in idman direktoru vəzifəsinə təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Münhen klubunda idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamidziçin bu vəzifədən qovulmasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında "Leypsiq"in idman direktoru olub. Bundan əvvəl o, 23 il Mönhenqladbax "Borussiya"sında çalışıb.