"Bayern" futbolçusu Aleksandr Pavloviçlə müqaviləsini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

20 yaşlı yarıımmüdafiəçi ilə sözləşmə 2029-cu ilin yaınadək nəzərdə tutulub.

Xatırladaq ki, almaniyalı futbolçu 2023-cü ildən "Bayern"in böyüklərdən ibarət komandasında çıxış edir.

Keçən mövsüm Pavloviç bütün turnirlərdə 25 matçda iştirak edib, 2 qol vurub və 2 qolun ötürməsini verib.