“Bayern”də yeni müqavilə
- 27 İyn 2024 22:09
- 175
“Bayern” futbolçusu Yosip Stanişiçlə müqaviləni uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. Onun əvvəlki müqaviləsi 2026-ci ilin yayınadək nəzərdə tutulmuşdu.
Xorvatiya millisinin üzvü ötən mövsüm icarə əsasında "Beyer"də çıxış edib. Leverkuzen təmsilçisi ilə Bundesliqanın qalibi olan futbolçu bütün turnirlərdə 38 oyuna 4 qol vurub, 6 qol ötürməsi edib.