
“Bayern”də yeni müqavilə
- 18:40
- 37
“Bayern" yarımmüdafiəçi Yozua Kimmixlə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2015-ci ildən "Bayern"in formasını geyinən 30 yaşlı futbolçu bu müddətdə meydana çıxdığı 429 oyunda 43 qol, 115 məhsuldar ötürmə ilə yadda qalıb.
O, ümumilikdə 8 dəfə Bundesliqa çempionluğu yaşayıb, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Çempionlar Liqasının və ölkə Superkubokunun qalibi olub. Kimmix klublararası dünya çempionatının və Avropa Superkubokunun da qalibi adını qazanıb.
30 yaşlı futbolçu Almaniya Bundesliqasında cari mövsümdə meydana çıxdığı 23 oyunda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.