“Bayern”dən 1 milyon avroluq yardım
- 04 İyn 2024 15:45
- 175
“Bayern” Almaniyanın cənubunda daşqın qurbanlarına 1 milyon avro yardım edib. Klub bu vəsaitin necə istifadə olunacağına yaxın vaxtlarda qərar verəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin prezidenti Herbert Hayner bu barədə açıqlama verib:
“Daşqın böyük ziyan və dəhşətli iztirablara səbəb oldu. Xüsusən də, belə müstəsna hallarda xüsusi ictimai ruh lazımdır. “Bayern” həmrəylik nümayiş etdirməyə və qurbanları dəstəkləməyə çalışır”.
“Bayern” ötən mövsüm Bundesliqada 3-cü yeri tutub. Münhen komandası son mövsümdə bir dənə də olsun kubok qazanmayıb.