![photo](https://www.rekord.az/storage/uploads/5/kim-min-jae.jpg)
“Bayern”dən 50 milyonluq transfer
- 18 İyl 2023 21:30
- 269
“Bayern” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Münhen klubu Cənubi Koreya yığmasının və “Napoli”nin mərkəz müdafiəçisi Kim Min Jaeni heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb. “Bayern” bu transfer üçün İtaliya çempionuna 50 milyon avro ödəyib.
“Napoli”yə ötən yay keçən Kim bu komandada 45 oyuna çıxıb, 2 qol vurub. O, “Fənərbaxça”, “Jeonbuk”, “Beijing Guoan” kimi klublarda da oynayıb.