Almaniya nəhəngi “Bayern” komandanın əsas qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, Münhen klubu 37 yaşlı veteran qapıçının xidmətlərini yüksək qiymətləndirir.

“Bayern” Noyerlə əməkdaşlığını 2025-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Vurğulayaq ki, ötən ilin sonlarında aldığı ağır zədədən sonra Noyer futbola qayıdaraq, əsas heyətdə yerini qaytara bilmişdi.