“Bayern”in futbolçusu 6 həftəlik sıradan çıxdı
- 21 Mar 2024 21:23
- 183
“Bayern”in müdafiəçisi Saşa Boe yenidən zədələnib.
Rekord.az xəbər verir ki, fransalı futbolçu ayaq əzələsindən xəsarət alıb.
Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Xatırladaq ki, "Bayern" 23 yaşlı futbolçunu qış transfer pəncərəsi zamanı "Qalatasaray"dan transfer edib. O, zədə səbəbindən Münhen klubunda cəmi 2 Bundesliqa matçında meydana çıxıb.
“Bayern” daha öncə qapıçısı Manuel Noyerin də Almaniya yığmasından zədəli qayıtdığını açıqlamışdı.