“Bayern”in futbolçusu bir neçə həftə oynamayacaq
- 25 Yan 2024 21:53
- 245
“Bayern”in futbolçusu Dayo Upamekano zədələnib.
Rekord.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın 13-cü turundan təxirə salınan və ötən gecə keçirilən “Union Berlin”lə matçda (1:0) sıradan çıxıb.
Komandanın baş məşqçisi Tomas Tuxel görüşdən sonra açıqlamasında fransalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib: "Upamekanonun sağalması günlər deyil, həftələr tələb edəcək"
Upamekano bu mövsüm Münhen təmsilçisinin heyətində 22 matça çıxıb və 1 qol vurub.