"Bayern"in futbolçusu Harri Keyn bir neçə gün məşqlərə qatıla bilməyəcək.


Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Evdə Şotlandiyanın "Seltik" klubu ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl ingiltərəli hücumçunun baldır əzələsində problem aşkarlanıb. O, bu səbəbdən qarşılaşmanın fasiləsində əvəzlənib.


31 yaşı forvard fevralın 23-də "Ayntraxt"a qarşı Bundesliqanın 23-cü turunun matçını buraxa bilər.


Keyn cari mövsümdə 31 matçda 29 qola imza atıb.