“Bayern”in tarixi oyunu
- 02 Mar 2024 14:30
- 250
“Bayern” Bundesliqanın tarixinə düşüb.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi Almaniya çempionatında 2000-ci oyununa çıxmaqla ilk həyata keçirib.
Yubiley “Frayburq”la 24-cü tur matçına təsadüf edib.
“Bayern” çempionatda iştirak etdiyi 2000 görüşün 1189-da qələbə qazanıb. Komanda həm qalibiyyət, həm də Bundesliqa çempionuluğu (32) sayında da rekordçudur.
“Frayburq”la bərabərə qalan (2:2) “Bayern” hazırda 54 xalla ikinci pillədə qərarlaşıb.